• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

“Zəfər” Liqasının qalibi bəlli olub

23.12.2025
İdman, Xəbərlər
“Zəfər” Liqasının qalibi bəlli olub
Share on FacebookShare on Twitter

AFFA-nın təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun birgə dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində könüllü, tələbə və gənclər təşkilatları arasında keçirilən minifutbol üzrə “Zəfər” Liqasına yekun vurulub.

Fortunamag.az xəbər verir ki, ümumilikdə 24 komandanın mübarizə apardığı turnirin final qarşılaşmasında Fövqəladə Hallar Nazirliyi və Bakı Dövlət Universitetinin könüllülərdən ibarət komandaları üz-üzə gəlib. Həlledici matçı üstün keçirən FHN könüllüləri qalib gələrək turnirin çempionu olub. Bakı Dövlət Universitetinin könüllüləri gümüş, AIESEC könüllüləri isə bürünc medallar əldə ediblər.

Final görüşünün ardından turnir üzrə fərdi nominasiyaların qalibləri də müəyyənləşdirilib. FHN könüllüləri komandasının üzvü Əli İbrahimov “Ən yaxşı qapıçı”, BDU könüllüləri komandasının üzvü Mügdət İbrahimli “Ən yaxşı oyunçu”, AFFA könüllüləri komandasının üzvü Cəfər Cəfərli isə “Ən məhsuldar oyunçu” nominasiyaları üzrə mükafatlandırılıb.

Sonda qalib komandaya kubok təqdim olunub. Kubok və müvafiq nominasiyalar üzrə mükafatlar AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov tərəfindən təqdim edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.