Zəfər Günü Slovakiyada qeyd olunub
Azərbaycanın Slovakiyadakı səfirliyi tərəfindən Bratislava şəhərində həmin ölkədə yaşayan həmvətənlərimiz, eləcə də qardaş Türkiyə və Qazaxıstan diplomatlarının iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirin əvvəlində Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fortunamag.az
