Yunanıstanda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Salonikidə “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycanın Yunanıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə Saloniki şəhərində yaşayan Azərbaycan icmasının üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri, yerli sakinlər iştirak ediblər.
Fortunamag.az
