Yeni yaranan ulduz sistemi
Beynəlxalq astronomiya qrupu tərəfindən aparılan müşahidələrdə 5 milyon il yaşı olan gənc ulduz ətrafında yeni bir planet aşkar edilib. Fortunamag.az “PHYS”a istinadən xəbər verir ki, elm insanları bu planetə WISPIT 2b adını veriblər və onun böyüklüyünün Yupiter qədər qaz nəhənginə oxşar olduğunu təxmin edirlər. Yeni planetin öz ulduzundan yalnız 40 AEU (astronomik vahid) məsafədə olduğu bəlli olub. Bu kəşf Avropa Cənub Rəsədxanasının Böyük teleskoplar şəbəkəsi və SkyMapper layihəsi vasitəsilə əldə edilib. Qeyd olunur ki, planet hələ yaranma mərhələsindədir və ətrafda qalın qaz-duman buludu müşahidə edilir. Bu kəşf astronomiyada dünyanın formalaşma mərhələsini anlamaqda yeni ipucları verir.
Fortunamag.az
