Yeni həşərat növü tapıldı
Avstraliyanın uzaq şimal-şərqindəki yağış meşəsində ölkənin indiyədək tapılmış ən ağır “çöp böcəyi” kimi yeni növ müəyyən edilib. Fortunamag.az “Reuters”a istinadən xəbər verir ki, bu növ “Acrophylla alta” adlanır .Çəkisi 44 qram ağırlığında və 40 sm uzunluğundadır. Tədqiqatçıların fikrincə, onun böyük bədəni soyuq və rütubətli meşə şəraitində qidalanmaq və yaşamaq üçün təkamül nəticəsində inkişaf edib. İlk araşdırmalara görə, bu böcəyin yumurtaları da növünü təyin etməyə imkan verən unikal struktura malikdir.
Fortunamag.az
