Yeni dinozavr növü tapıldı

Elm adamları Böyük Britaniyada Uayt adasında yeni bir dinozavr növü aşkar ediblər. Fortunamag.az “The Guardian “a istinadən xəbər verir ki, “Istiorakhis makartura” adlanan bu bitki ilə qidalanan dinozavrın arxa bədənində və quyruğunda görkəmli yelkənvari çıxıntılar olub, alimlərin fikrincə, bu yelkənlər cütləşmə mərasimində vizual siqnal üçün istifadə olunmuşdur . Fosilləri araşdıran tədqiqatçıların sözlərinə görə, skelet çox tam olmasa da, uzun sinir çıxıntılarına görə bu növ əvvəlki nümunələrdən fərqlənib. Yeni növün adı Britaniyalı yelkənçi Ellen MakArturun şərəfinə seçilib.
Fortunamag.az