Yaponiya okean sularında “okean-batareya” sınaqdan keçirdi

Yaponiya elm adamları dəniz dibində yeni nəsil batareya sistemi sınaqdan keçiriblər.Fortunamag.az ” NHK World “a istinadən xəbər verir ki, bu texnologiya okean axınlarından enerji toplayaraq uzunmüddətli elektrik istehsalına imkan verir. Adi külək və günəş enerjisi hava şəraitindən asılı olduğu halda, okean axınları daimidir. Bu isə onu dünyanın ən sabit bərpa olunan enerji mənbələrindən birinə çevirir. Alimlərin fikrincə, belə sistemlər qlobal enerji böhranının həllində mühüm rol oynaya bilər. Layihənin uğurlu nəticələri yaxın illərdə kommersiya istifadəsinə keçidi mümkün edəcək.
Fortunamag.az