• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik

08.12.2025
İnkişaf, Xəbərlər
Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik
Share on FacebookShare on Twitter

Ötən il Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilib. Ölkəmiz qısa müddətdə D-8 təşkilatı çərçivəsində önəmli addımlar atıb, əməkdaşlıq sahələrini müəyyənləşdirib və islahatlarda iştirak etməyə çalışıb. Biz Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik. Bunlar iqlim, nəqliyyat və media mərkəzləridir. Azərbaycanın D-8 çərçivəsində təşəbbüsləri məramını və həmrəyliyini ifadə edir.

Fortunamag.az xəbər verir ki, bunu D-8 Gənclər Dialoqunda çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

O, fikirlərinə belə davam edib: “Bugünkü dialoq gənclərin inkişafı və dayanıqlı şəhərlərin formalaşması mövzularına həsr olunub. Dünya texnologiya və iqlim sahələrində inkişaf edir. Biz bu prosesdə tam iştirak etməliyik. Burada gənclərin liderliyi də önəmlidir. D-8 Gənclər Dialoqu 350 milyon gəncin burada təmsil olunması deməkdir. Gənclər ancaq inkişafa töhfə vermir, onlar dəyişikliyin memarlarıdırlar. D-8 dialoqu bizim ideyalarımızın, tövsiyələrimizin mübadiləsi üçün unikal bir fürsətdir. Sizin liderliyiniz, innovasiya və iştirakınızla D-8 təkcə iqtisadi kooperasiya platforması olmayacaq, eyni zamanda, birlikdə gələcəyi formalaşdıracağıq. Müzakirələr sayəsində bizim cəmiyyətlərimiz üçün daha güclü və daha çevik platforma yaranacaq”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.