• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

XX Bakı Caz Festivalının açılışı olub

27.10.2025
Mədəniyyət, Xəbərlər
XX Bakı Caz Festivalının açılışı olub
Share on FacebookShare on Twitter

“Jolly Joker” konsert zalında Bakı Caz Festivalının təntənəli açılışı mərasimi keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festivalın ilk axşamında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sənətçiləri çıxış ediblər. Caz Festivalının təsisçisi, tanınmış saksafon ifaçısı və bəstəkar Rain Sultanov iyirmi illik tarixdən danışıb.

“Bu gün Bakı Caz Festivalının və onun yubiley ilində danışmaq mənim üçün böyük şərəfdir. Geriyə dönüb baxanda hər şeyin necə başladığını – böyük Co Zavinulun ilk dəfə festivalımıza gəldiyini xatırlayıram. Ovaxtlar bu, mənim üçün çox böyük məsuliyyət, inanılmaz həyəcan və eyni zamanda xoşbəxtlik idi. İndi o, Vyanadakı Mərkəzi Qəbiristanlıqda, Bethoven, Ştraus, Brams və digər böyük musiqiçilərin yanında dəfn olunub”, – deyə bildirib.

Rain Sultanov qeyd edib ki, son iyirmi ildə festival sadəcə musiqidən daha nəhəng bir festivala çevrilib:

“Bu, yaradıcılıq, dostluq və birliyin təntənəsidir. Musiqiçilərin, dinləyicilərin və jurnalistlərin ortaq bir həvəsi bölüşmək üçün bir araya gəldiyi bir məkandır. Bu gün festival bütün dünyada çox məşhurdur. Dünyanın bir çox yerindən musiqiçilər bu səhnəyə çıxmağı və bu atmosferin bir hissəsi olmağını xəyal edir. Bu il isə biz həqiqətən də çoxlu maraqlı qonaqlar qarşılayırıq, onların arasında “Euronews” və “Radio Jazz” jurnalistləri, eləcə də beynəlxalq media nümayəndələri də vardır”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.