Xorvatiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Xorvatiya parlamentinin sədrini Milli Məclisin sədr müavini Musa Qasımlı, hər iki ölkənin səfirləri Anar İmanov, Branko Zebiç və digər rəsmi şəxslər qarşılayıblar.
Fortunamag.az

