• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Xankəndidə Zəfərimizin 5 illiyi qeyd olunub

10.11.2025
Xəbərlər
Xankəndidə Zəfərimizin 5 illiyi qeyd olunub
Share on FacebookShare on Twitter

Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və gənc ifaçılar vətənpərvərlik ruhunda musiqilər, bədii kompozisiyalarla çıxış ediblər. Tədbir zamanı səslənən musiqilər, Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar yaşadıb.

Bu gün Xankəndidə keçirilən Zəfərin 5 illiyi Azərbaycanın dövlətçilik tarixində qalib xalqın sarsılmaz birliyinin, əzmkarlığının və əbədi Zəfər iradəsinin təntənəsi kimi yadda qalacaq.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.