Xankəndidə və Laçında “ANİMAFİLM”
Bu gün Xankəndi və Laçın şəhərlərində “ANİMAFİLM Xankəndidə” və “ANİMAFİLM Laçında” festivalları keçirilir. 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının tərkib hissəsi olan festivallar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən “Yeni animasiya məhsulunun hazırlanması və ustad dərsləri” layihəsi çərçivəsində baş tutacaq.
Bu barədə Fortunamag.az-a Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor və prodüser Rəşid Ağamalıyev məlumat verib.
O bildirib ki, layihə çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemanın motivləri əsasında çəkilmiş “Bum-bum” qısametrajlı animasiya filminin təqdimatı və animasiya filminin ərsəyə gəlməsində keçilən yollar haqqında ustad dərsləri təşkil olunacaq.
Fortunamag.az
