• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb

23.09.2025
Mədəniyyət, Xəbərlər
Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb
Share on FacebookShare on Twitter

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən Şəhər Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub. Fortunamag.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki,
bayram konserti F.Əmirov  adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Telman Hacıyevin “Vətən süitası” ilə başlanıb.
Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Əməkdar artist Almaz Orucova “Nə olaydı, yarım olaydı” Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun “Vətən”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi” (“Vətən yaxşıdı”), Gülüstan Əliyeva Ə.Məmmədovun “Sənə inanıram” və Əvəz Muradovun “Mənim eşqim Azərbaycandır”, Səbuhi İbayev “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında həmçinin Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi və “Ay Ləli” xalq mahnısı da təqdim olunub. Konsert proqramı Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” (söz: N.Xəzri) mahnısı ilə başa çatıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ilə yanaşı, yüzlərlə şəhər sakini və Qarabağ Universiteti tələbələrinin izlədiyi bayram konserti alqışlarla qarşılanıb.
Konsertdən sonra Xankəndinin mərkəzi meydanında möhtəşəm atəşfəşanlıq olub. Yaranmış ecazkar mənzərə baxışlarını azad Qarabağın rəngbərəng işıqlarla süslənən səmasına dikən tamaşaçılarda bölgənin yeni növrağına, parlaq gələcəyinə olan inamı daha da artırıb.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.