• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Xankəndi şəhəri bayram ab-havasına bürünüb

26.12.2025
Xəbərlər
Xankəndi şəhəri bayram ab-havasına bürünüb
Share on FacebookShare on Twitter

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 27-də Xankəndi şəhərində iki yarmarka fəaliyyətə başlayacaq. Yarmarkaların təşkili ilə bağlı bütün hazırlıq işləri artıq başa çatdırılıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək “Qış nağılı” adlı yarmarka şəhərin Zəfər meydanında təşkil edilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Fortunamag.az-a verilən məlumata görə, bayram ovqatlı ” Qış nağılı ” yarmarkası yanvarın 5-dək davam edəcək. Yarmarkanın keçiriləcəyi meydan Yeni il münasibətilə xüsusi işıqlarla bəzədilib, ərazi rəngarəng dekorasiyalarla bayram ab-havasına bürünüb. Eyni zamanda, dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il yarmarkası da olacaq. Yarmarkada iştirak edən fermerlər təsərrüfatlarının təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxaracaqlar. Dekabrın 29-da isə Xankəndidə şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə geniş bayram proqramı, dekabrın 31-də atəşfəşanlıq olacaq.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.