• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Xalq şairi Vahid Əziz – 80

24.11.2025
Mədəniyyət, Xəbərlər
Xalq şairi Vahid Əziz – 80
Share on FacebookShare on Twitter

Milli Kitabxanada Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi münasibətilə “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan Fortunamag.az-a bildirilib ki, sərgidə şairin qələmə aldığı poetik nümunələr – şeirləri, poemaları, tərcümələri, publisistikası, tərtibçi və ön söz yazdığı ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.

Xalq şairi Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanda, qədim Dərələyəz mahalında qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib.

Nəğməkar şair Vahid Əzizin çox sayda şeirinə mahnı və musiqi bəstələnib.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2019-cu il mayın 24-də “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülüb.

Vahid Əziz noyabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.