• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Xalçamız BMT-də

26.11.2025
Mədəniyyət, Xəbərlər
Xalçamız BMT-də
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “Art Council Azerbaijan” təşkilatı ilə əməkdaşlığı çərçivəsində BMT-nin Baş Qərargahında “Azərbaycan xalçalarının ikinci həyatı” adlı sərginin açılışı olub. Daimi Nümayəndəlikdən Fortunamag.az-a verilən məlumata görə, tədbir Azərbaycanda 2025-ci ilin Suverenlik və Konstitusiya İli elan olunması münasibəti ilə keçirilib və ölkənin ən məşhur mədəni ənənələrindən birinə həsr olunub.

“İkinci həyat” təşəbbüsü rəssamlar Sona Quliyeva və Dadaş Məmmədov tərəfindən irəli sürülüb. Layihə çərçivəsində ənənəvi və müasir sənətkarlıq texnikalarının birləşməsi vasitəsilə qədim və köhnəlmiş Azərbaycan xalçaları yenidən canlandırılır. Atıla biləcək parçaları bərpa etmək və yenidən görünüş verməklə layihə mədəni irsin davamlı aktuallığını vurğulayır və məsuliyyətli istehlakın əhəmiyyətini əks etdirir.

Açılış mərasimində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi Tofiq Musayev diplomatları, BMT rəsmilərini və qonaqları salamlayıb. O, Azərbaycanda xalçaçılığın dərin tarixi əhəmiyyətini vurğulayıb, mədəni irsin canlandırılması da daxil olmaqla, davamlı inkişaf üçün əsas dəyərləri qeyd edib.

Açılış mərasimindəki qonaqlar həmçinin, rəssam Sona Quliyevanın çıxışını dinləyiblər. O, yaradıcılıq prosesi və köhnə xalçalara yeni həyat verməklə bağlı fikirlərini bölüşüb. Sərgi noyabrın 28-nə kimi BMT-nin Baş Qərargahında nümayiş olunacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.