X Azərbaycan birinciliyi və çempionatı keçirilib
Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 11-12-də Sərhədçi Olimpiya Mərkəzində Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyi tərəfindən alpaqut turan döyüş sənəti üzrə X Azərbaycan birinciliyi və çempionatı keçirilib.
Yarışda ölkənin müxtəlif bölgələrindən 25 komanda, ümumilikdə 340 idmançı iştirak edib. İdmançılar Alpaqut Döyüş Sənətinin ayça, batur, caymaz, qurşaq və kaçut sistemləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Tural Abasquliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov, Dünya Alpaqut Federasiyasının prezidenti əvəzi Emil Rəhimov, DAF İdarə heyətinin sədri Vasif Namazov çıxış ediblər.
Fortunamag.az

