• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

WTDC-25 çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib

21.11.2025
Xəbərlər
WTDC-25 çərçivəsində Qadınlar Şəbəkəsinin tədbiri keçirilib
Share on FacebookShare on Twitter

Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın inkişafı sektorunun Qadınlar Şəbəkəsi (NoW in ITU-D) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində Bakıda xüsusi tədbir təşkil edib.

Fortunamag.az xəbər verir ki, tədbir qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində liderliyinin, qərarvermə proseslərində daha fəal iştirakının dəstəklənməsi məqsədilə keçirilib.

Sessiyada Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Dorin Boqdan-Martin və qurumun Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış edib.

Tədbirdə 2023 – 2025-ci illər ərzində şəbəkənin fəaliyyətinə töhfə verən üzvlər sertifikatlarla təltif olunublar. Onlar arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf şöbəsinin aparıcı məsləhətçisi, WTDC-25 üzrə Qadınlar Şəbəkəsinin Məşvərət Şurasının üzvü və mentoru Sahibə Həsənova da yer alıb.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Tinatin Vəliyeva isə menti kimi çıxış edərək təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, NoW şəbəkəsi Beynəlxalq Telekommunikasiya İttifaqının qadınların texnologiya və rəqəmsal sahədə iştirakını təşviq edən proqramdır. Şəbəkə qadınlara təhsil imkanları təqdim etməklə yanaşı, onların peşəkar bacarıqlarını inkişaf etdirmək üçün mentorluq, təcrübə mübadiləsi və əlaqələndirmə platforması yaradır. Bu təşəbbüslər telekommunikasiya sahəsində qadın liderliyinin gücləndirilməsinə və gender bərabərliyinin təşviqinə xidmət edir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.