• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Vyetnamda “Azərbaycan mətbəxi günü” keçirilib

01.12.2025
Mədəniyyət, Xəbərlər
Vyetnamda “Azərbaycan mətbəxi günü” keçirilib
Share on FacebookShare on Twitter

Vyetnamın Quanq Nin vilayətində yerləşən Halonq Universitetində Azərbaycanın Vyetnamdakı səfirliyinin ali təhsil ocağı ilə əməkdaşlığı nəticəsində “Azərbaycan mətbəxi günü” keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətinin, xüsusilə də zəngin kulinariya irsinin tanıdılması baxımından əhəmiyyət daşıyan tədbirdə Qazaxıstan və Türkiyənin Vyetnamdakı səfirləri, Pakistanın Vyetnamda kulinariya sahəsində fəaliyyət göstərən iş adamlarının, Quanq Nin vilayətinin rəhbər və struktur nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Halonq Universitetinin rektoru Nquyen Duk Tiep Azərbaycan və Vyetnam mədəniyyətinin zənginliyi, kulinariya ənənələrimizin xalqımızın ruhunu və həyat tərzini əks etdirməsi haqqında danışıb, birgə təşəbbüsün gələcəkdə genişmiqyaslı akademik, dil, turizm və “Halal” sənayesi sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacağına inamını ifadə edib.

Azərbaycan səfiri Şövqi Mehdizadə xalqlarımızın liderləri tərəfindən əsası qoyulmuş tarixi dostluq haqqında danışaraq, bu kimi təşəbbüslərin ölkələrimiz arasında regionlararası və universitetlərarası əməkdaşlığın gücləndirilməsinə, xalqlarımızın zəngin mətbəxi haqqında bilik və bacarıqların mübadiləsinə, həmçinin gələcəkdə daha böyük miqyaslı mədəni və tədris layihələrinin həyata keçirilməsinə təkan verəcəyini vurğulayıb. Qeyd edib ki, “Azərbaycan mətbəxi günü” Azərbaycan və Vyetnam xalqlarının qarşılıqlı anlayışını, dostluğunu və mədəni əməkdaşlığını daha da möhkəmləndirən önəmli platforma yaradıb. Bu cür tədbirlər iki ölkə arasında akademik, turizm və iqtisadi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq, habelə Halonq Universitetinin beynəlxalq əməkdaşlığına töhfə verəcək.

Universitet rəhbərliyi 2026-cı ildə Bakıda keçiriləcək növbəti Vyetnam günlərinə dəvət edilib, Quanq Nin bölgəsinin və zəngin Vyetnam mətbəxinin Bakıda təqdimatı təklif olunub.

Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti, Dünya Aşpazlar Assosiasiyasının rəsmi hakimi Sahib David İsrafilov Azərbaycan mətbəxinin təqdimatını edib. O, barbekü müsabiqəsində tələbələrə Azərbaycan üslubunda yemək hazırlanmasını göstərib, aşpazlıq üzrə beynəlxalq ekspertlərlə təcrübə mübadiləsi aparmaq imkanı yaradıb.

Sonda qaliblərə diplomlar təqdim olunub. Universitetə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnamın birinci Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfərlərini əks etdirən şəkillər və Azərbaycan xalçası hədiyyə edilib.

Tədbir “Halal” sənayesi haqqında məlumatların paylaşılması, turizm ixtisasının tədris keyfiyyətinin artırılması və beynəlxalq mədəniyyətlərarası mübadilənin gücləndirilməsi baxımından da mühüm rol oynayıb.

Qeyd edək ki, Halonq Universiteti UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Halonq buxtası kimi dünyanın ən populyar turizm məntəqlərindən birində yerləşir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.