Viktor Orban: “Biz bu gün Qəbələdə ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük.”
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Səmimi dəvətə və göstərilən misilsiz qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirən V. Orban qeyd edib ki, Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət və ənənələrə sadiqlik görünür.

