Victory Awards Azerbaijan layihəsi uğurla keçirildi
Victory Awards Azerbaijan layihəsi Baku Cast MMC-nin təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirilib. Layihənin rəhbəri Zaur Səmədov, təşkilatçılar isə Xoşqədəm Əkbərova və İranə Tağıyeva olmuşdur. Onların peşəkarlığı və əzmli fəaliyyəti bu möhtəşəm tədbirin uğurla ərsəyə gəlməsində mühüm rol oynayıb.
Fortunamag.az xəbər verir ki, bu layihə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə əldə olunmuş tarixi Zəfərimizin ruhunu yaşatmaq, onu gələcək nəsillərə ötürmək məqsədi daşıyır.
44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədə Ali Baş Komandanın qətiyyətli iradəsi, xüsusilə də tarixə düşən “Dəmir Yumruq” birliyi bu Zəfərin əsas sütunlarını təşkil edib. Victory Awards Azerbaijan — məhz həmin qürur dolu tarixi unutmamaq, milli ruhu daim diri saxlamaq üçün yaradılmış xüsusi və dəyərli bir platformadır.
Layihənin əsas missiyası — ölkəmizin inkişafına töhfə verən şəxsləri, qurumları və istedadlı uşaqları dəyərləndirmək, onların əməyinə ictimai təşəkkür göstərməkdir. Victory Awards Azerbaijan, həmçinin cəmiyyətə qələbə ruhunu aşılamağı, xalqımızın birlik və dayanışmasını daha da gücləndirməyi, Zəfərimizin əzəmətini yaşatmağı hədəfləyir.
Bu layihə Vətən uğrunda göstərilən fədakarlığın, milli iradənin və Azərbaycan xalqının sarsılmaz gücünün bir simvoludur. Victory Awards Azerbaijan — keçmişdən gələcəyə uzanan qürur körpüsü, milli yaddaşımızı yaşadan örnək bir təşəbbüsdür.
Victory Awards Azerbaijan – Zəfərimizin hər zaman qəlbimizdə yaşaması üçün!
Fortunamag.az tədbirin informasiya dəstəyidir.


