Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “VerseTech” komandası sentyabrın 17-dən 21-dək Türkiyənin İstanbul şəhərində keçirilən “Teknofest 2025” yarışmasının finalında uğurla çıxış edib. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, qeyd edək ki, builki “Teknofest 2025” miqyasına görə tarixə düşüb. Belə ki, 96 ölkədən iştirakçıların qatıldığı yarışmaya ümumilikdə 565 776 komanda və 1 100 000-dən çox iştirakçı müraciət edib. Onlardan yalnız 13 000 komanda final mərhələsinə yüksələ bilib.
Finalda 35 komanda ilə mübarizə aparan “VerseTech” komandası “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə xüsusi nominasiya — “En İyi Takım Ruhu Ödülü” mükafatına layiq görülüb.
Fortunamag.az