• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Veliko Tırnovo Milad Bazarı” sərgisində təmsil olunmuşuq

22.12.2025
Xəbərlər
“Veliko Tırnovo Milad Bazarı” sərgisində təmsil olunmuşuq
Share on FacebookShare on Twitter

Bolqarıstanın Veliko Tırnovo şəhərində hər il keçirilən ənənəvi “Veliko Tırnovo Milad Bazarı” sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyi milli stendlə təmsil olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sərgidə səfirlik tərəfindən Azərbaycanın tarixi-mədəni müstəsnalığını, turizm potensialını və zəngin təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib. Səfirlik nümayəndələri sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, turistlər üçün səyahət imkanları, habelə ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Azərbaycanın Bolqarıstandakı səfirliyi sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stenddə müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.

Qeyd edək ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən ənənəvi sərgi mədəniyyətlərarası dialoqun və ictimai diplomatiyanın təşviqi baxımından mühüm platformadır. Bu cür beynəlxalq tədbirlərdə iştirak ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı təbliğ və təşviqin genişlənməsinə, eləcə də dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir. Sərgi bayram ab-havası, zəngin mədəni proqramı və rəngarəng təqdimatları ilə ictimaiyyətin diqqətini cəlb edir. İştirak edən qurumlar və diplomatik nümayəndəliklər öz ölkələrinin mədəni irsini, adət-ənənələrini və dəyərlərini geniş ictimaiyyətə tanıtmaq imkanı əldə edirlər. Eyni zamanda, “Veliko Tırnovo Milad Bazarı” turizmin təşviqi, ölkənin müsbət imicinin formalaşdırılması və yerli ictimaiyyətlə birbaşa ünsiyyət baxımından effektiv platforma rolunu oynayır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.