Vaqif Mustafazadənin həyatı: Ürək tutmasından vəfat etdi
Dekabrın 16-sı Azərbaycanın görkəmli caz pianoçusu, bəstəkar və ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. 46 il əvvəl Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edən sənətkar, Bakıda dəfn olunub. Onun musiqi irsi Azərbaycan mədəniyyətinin inciləri arasında daim hörmətlə yad edilir.
Fortunamag.az bildirir ki, 1940-cı ildə Bakıda anadan olan Vaqif uşaqlıq illərində atasını itirir və musiqi tərbiyəsini anası ilə davam etdirir.
Təəssüf ki, Vaqif Mustafazadə dünya səhnəsində yalnız azsaylı çıxış edə bilib. Lakin onun əsərləri və improvizasiyaları dünyanın bir çox ölkələrində musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. 1979-cu ilin dekabrında Daşkənddəki gərgin qastrol zamanı, barmaqlarının sözünə baxmaması və nəfəsinin çatışmazlığına baxmayaraq, o, son konsertini böyük peşəkarlıqla başa çatdırıb. Bu, Vaqif Mustafazadənin həyat eşqi və Azərbaycan caz musiqisinə sonsuz sevgisinin ən parlaq ifadəsi oldu.
Dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Əfsanəvi cazmen, bəstəkar və pianoçu, “caz-muğam” sintezinin banisi Vaqif Mustafazadənin ev-muzeyi 1989-cu ildə o dövrün mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə yaradılıb. Muzeyin ilk rəhbəri Vaqif Mustafazadənin anası Zivər xanım olub. Ölümündən əvvəl o, muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə onun təşəbbüsü ilə muzey və eksponatları əsaslı təmir edilib və həmin ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlayıb.
Afaq xanım nəhəng musiqiçinin həyatı ilə bağlı olduqca maraqlı məqamlara toxunub. Bu faktların əksəriyyəti indiyə qədər heç bir kütləvi informasya vasitəsində yer almayıb… (istinad: Azvision.az)
– Vaqifin ilk həyat yoldaşı Nərminə xanım da ADNA-da təhsil alırdı; onları rejissor Rüstəm İbrahimbəyov tanış etmişdi. Nərminə ləzgi qızı idi. Vaqiflə Nərminənin Səadət Sarayında rəsmi nikahları oldu. Həmin nikahdan Lalə Mustafazadə dünyaya gəldi. Amma Vaqiflə Nərminənin evliliyi uzun sürmədi. Çünki Nərminə mühəndis, Vaqif isə musiqiçi idi. Bəlkə də Nərminə xanım anlamırdı ki, necə bir insanla ailə həyatı qurub, Vaqif necə bir musiqiçidir və onunla hansı tərzdə rəftar etməlidir. Nəticədə onların münasibəti pozuldu. Nərminə xanım Laləni də götürüb, getdi. Boşandıqdan sonra Nərminə Laləni nə atası Vaqifə, nə də nənəsi Zivər xanıma göstərirdi. Vaqif Mustafazadə boşandıqdan sonra Tiflisə köçəndə orada Elza ilə tanış olub. Elza gürcü qızıdır. Vaqif də Elza ilə birlikdə Azərbaycan qayıdır. Həmin vaxt Elza Əzizəyə hamilə idi. Lalə 1992-ci ildə Fransada çox nüfuzlu musiqi yarışmasında birinci yerin sahibi oldu. Əzizəgil isə 1993-cü ildə Almaniyada “Sony” şirkəti ilə müqavilə bağladılar. Bundan sonra Elza qızı ilə Almaniyaya köçdü. Bütün ölkələrdəki musiqi yarışmalarına məktublar göndərirdim. Qeyd edirdim ki, Lalə Mustafazadə Vaqif Mustafazadənin qızıdır, onun atası dünyada caz-muğamının banisidir. Bir də gördüm ki, dünyanın hər yerindən mənə məktublar gəlib. Bütün ölkələrdəki musiqi yarışmalarından Lalənin iştirakı ilə bağlı dəvətnamlər göndərmişdilər. Biz Fransadakı “Epinal” musiqi müsabiqəsini seçdik. 10 gün sonra zəng vurub, dedi ki, “Afaq, məni təbrik elə. Qran-Prini, birinic yeri qazandım”. Lalə Fransada çox əsilli-nəcabətli, imkanlı bir fransız ailəsinə ərə gedib. 1997-ci ildə Əzizə İngilis Kraliçasının klubunda ifa etdi. Kraliça ona “Cazın Şahzadəsi” adını verdi. Əzizənin dünyanın bütün şəhərlərində konsertləri olur. Diskləri yüksək tirajla satılır. Əzizənin bir oğlu oldu, adını Ramizxan qoyublar. İndi Almaniyada yaşayırlar.
Fortunamag.az
