• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Validə Tutayuq: İlk qadın akademik

26.11.2025
Tale simfoniyası, Xəbərlər
Validə Tutayuq: İlk qadın akademik
Share on FacebookShare on Twitter

Zamanın sərt sınaqlarından keçib, elmə vurğun bir ömrün adıdır Validə Tutayuq.

Fortunamag.az bildirir ki, Şuşanın uca qayaları kimi məğrur, Qarabağ çiçəkləri kimi zərif bu qadın, Azərbaycan biologiya elminin ilk qadın professoru olaraq tarixə həkk olunub. Gənc yaşlarından bitkilərin sirlərinə baş əymiş, onların dilini öyrənməyə can atmışdı. Elə bu həvəs onu Gəncədən Moskvaya, oradan yenidən Vətənə aparan uzun bir elm yoluna çıxarmışdı.

Dünya şöhrətli alimlərin yanında püxtələşən Validə xanım 1939-cu ildə elmlər namizədi, 1949-cu ildə isə SSRİ-də bu sahədə ilk qadın doktor və professorlardan biri kimi öz adını elm səmasına yazdı. Onun bitkilərin quruluşuna dair tədqiqatları təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də böyük maraq doğurdu. O qədər ki, Monrealda keçirilən beynəlxalq botaniklər qurultayında Validə xanımın əsərləri xüsusi dəyərlə anıldı.

Bu müdrik alim həm də Vətənin yaşıllaşdırılması, otlaqların öyrənilməsi, ekspedisiyaların təşkili ilə yüzlərlə tələbəyə yol göstərirdi. Onlarla elmi işin müəllifi olan Validə Tutayuq təkcə bitkilərin deyil, insan talelərinin də yetişməsində pay sahibi idi.

Onun doğulduğu ocaqda isə elm və fədakarlığın kökü dərindi. Tutayuqlar ailəsi Azərbaycanın elm, pedaqogika və səhiyyə tarixində parlaq iz buraxmış bir şəcərə idi. Bu nəsil həm öz istedadı, həm də ağır repressiyaların qaranlığında belə sınmayan iradəsi ilə seçilirdi. Validə xanım da həmin qaranlıqlardan işıq kimi doğulanların sonbeşiyi idi.

Cəmi 66 illik ömrü… Amma bu illər bir ömürdən çox idi – bir məktəb, bir irs, bir yol idi. Validə Tutayuqu bu gün də elm adamları sevgi və ehtiramla anır. Çünki o, bitkilərin sirrində öz adını yaşadan, Vətən elminə nəfəs verən nadir qadınlardan biri idi.

Onun adı yaşadıqca, Azərbaycan elmi də bir az daha işıqlanır.

Material “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin “İnnovativ proqress və tarix” layihəsi çərçivəsində təqdim olunur.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.