Üzeyir Hacıbəyovun “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi böyük maraqla qarşılanıb.
Azərbaycanın Türkmənistandakı səfirliyindən Fortunamag.az-a bildirilib ki, tamaşa Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində təqdim edilib. 1909-cu ildə qələmə alınan və Şərqin ilk operettası kimi dəyərləndirilən bu əsər Aşqabad tamaşaçıları tərəfindən hərarətlə alqışlanıb.
Fortunamag.az
