• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olunub

23.09.2025
Mədəniyyət, Xəbərlər
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Xankəndidə nümayiş olunub
Share on FacebookShare on Twitter

Sentyabrın 20-də Xankəndidə Şəhər Günü çərçivəsində Qarabağ Universitetində İncəsənət fakültəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.

Fortunamag.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Nahidə Orucova (Cahan xala), Əkbər Əlizadə (Süleyman bəy), Əzizağa Əzizov (Soltan bəy), eləcə də Səmədzadə Xasiyev (Əsgər), Mehriban Zalıyeva (Asya), Ülviyyə Əliyeva  (Telli) və Elxan İsmayılov (Vəli) oynayıblar.
Səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, universitetin professor-müəllim və tələbə heyəti izləyib.
Üzeyir Hacıbəylinin dünyaşöhrətli operettası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Bəstəkarın 1913-cü ildə yazdığı “Arşın mal alan” operettası Azərbaycan musiqili teatrının şah əsərlərindən hesab olunur. Əsərin mərkəzində Əsgər və Gülçöhrənin səmimi məhəbbət hekayəsi dayanır. Operetta XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində mövcud olan köhnəlmiş adət-ənənələrə qarşı yeni düşüncənin, azadlıq və sevgi uğrunda mübarizənin bədii ifadəsidir.
Zəngin musiqisi, yaddaqalan obrazları və məzmununun universallığı sayəsində “Arşın mal alan” əsəri yarandığı gündən indiyədək dəfələrlə müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub.
“Arşın mal alan”ın Üzeyir bəyin yubiley ilində onun doğma eli Qarabağda nümayiş olunması böyük musiqi xadiminin əziz xatirəsinə ehtiramın ifadəsidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il dahi bəstəkarın anadan olmasının 140 illiyi müxtəlif səpkili tədbirlərlə geniş qeyd edilir. Eyni zamanda bu yubiley Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ilə də əlamətdardır.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.