• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Arşın mal alan”ın Vyanada növbəti təntənəsi

31.10.2025
Mədəniyyət, Xəbərlər
Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Arşın mal alan”ın Vyanada növbəti təntənəsi
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Böyük musiqi xadiminin ölməz əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir, opera və operettaları tamaşaya qoyulur.

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 30-da Avstriyanın paytaxtı Vyana şəhərindəki “Akzent” Teatrında Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib.
Əvvəlcə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dahi bəstəkarın Vyananın Dunay parkında qoyulmuş abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoyub. Bildirilib ki, vyanalıların ən sevimli məkanlarından olan bu parkda bir sıra xalqların görkəmli şəxsiyyətlərinin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan heykəltaraşı Ömər Eldarovun müəllifi olan abidə 2006-cı ildə qoyulub və musiqisevərlərin, eləcə də soydaşlarımızın tez-tez ziyarət etdiyi məkana çevrilib.
Sonra teatrın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılıb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində tutduğu mövqedən danışıb.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısı tərəfindən bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması da bu diqqətin bariz nümunəsidir.
Daha sonra tamaşa nümayiş olunub. Alman dilində təqdim edilən tamaşa tanınmış rejissor Rita Serayniq və dirijor, bəstəkar Maykl Şnakın bədii rəhbərliyi altında tamamilə yerli yaradıcı heyətin iştirakı ilə hazırlanıb. Səhnə rəssamı və vizual elementlərin dizayneri Kristian Ariel Heredia, geyim rəssamı Vüsal Rəhim, xoreqrafı Suzanne Rietsdir.
Səhnə əsərini Azərbaycan nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın tanınmış teatr və festivallarının rəhbərləri, media mənsubları, musiqisevərlər və bu ölkədəki soydaşlarımız izləyiblər.
Hadisələri müasir dövrə köçürülərək hazırlanan 112 yaşlı musiqili komediya sürəkli alqışlarla qarşılanıb.
Tamaşa “Akzent” Teatrında bu gün və 2 noyabr tarixində də nümayiş etdiriləcək.
Xatırladaq ki, vyanalı sənətsevərlər Üzeyir bəyin bu sənət şedevri ilə ilk dəfə 2006-cı tanış olublar.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.