• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

UNCTAD-ın 16-cı sessiyasında Azərbaycanın dayanıqlı iqtisadiyyatı, regional və qlobal ticarətin şaxələndirilməsində rolu barədə məlumat verilib

23.10.2025
Xəbərlər
UNCTAD-ın 16-cı sessiyasında Azərbaycanın dayanıqlı iqtisadiyyatı, regional və qlobal ticarətin şaxələndirilməsində rolu barədə məlumat verilib
Share on FacebookShare on Twitter

İsveçrənin Cenevrə şəhərində UNCTAD-ın 16-cı sessiyası keçirilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev açılış mərasimində və sessiya çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.

Fortunamag.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirin birinci müavini UNCTAD-ın 16-cı sessiyası çərçivəsində təşkil olunan üzv dövlətlərin milli mövqelərini ifadə etdikləri əsas müzakirə sessiyasında çıxış edərək, Azərbaycanın dayanıqlı və inklüziv iqtisadi inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti, enerji, o cümlədən bərpaolunan enerji, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və digər sahələrdə reallaşdırılan layihələr barədə məlumat verib.

Bildirilib ki, öıkəmiz investorlar üçün tətbiq olunan güzəşt və təşviqlərlə biznes mühitini daha da yaxşılaşdırır. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir və onların çoxu öz mənfəətlərini investisiya kimi yenidən ölkəmizin iqtisadiyyatına yönəldirlər. Bu investisiyalar Azərbaycana xarici investorların və beynəlxalq tərəfdaşların yüksək etimadının və ölkədəki sabitliyin göstəricisidir.

Qeyd edilib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və qlobal ticarətin şaxələndirilməsində mühüm rol oynayır. Bu istiqamətdə Orta Dəhlizin əhəmiyyəti artır və Xəzər dənizindən keçərək Şərqdən Qərbə uzanan marşrut etibarlı və davamlı ticarət yollarından biri kimi tanınır, regional rifahın yüksəldilməsi, yeni investisiya, məşğulluq və inkişaf imkanları yaradır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.