Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasları keçirilib
Bakının ev sahibliyi etdiyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasları keçirilib.
Fortunamag.az xəbər verir ki, sessiyalarda müxtəlif ölkələrin rəqəmsal inkişaf sahəsinə məsul nazirləri, nazir müavinləri və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Müzakirələr konfransın ümumi mövzusu olan “inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” ətrafında aparılıb. Natiqlər öz ölkələrinin İKT siyasətləri, rəqəmsal infrastruktur layihələri və regional əməkdaşlıq strategiyaları barədə məlumat veriblər.
Fortunamag.az
