• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub

09.10.2025
Mədəniyyət, Xəbərlər
TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
Share on FacebookShare on Twitter

Oktyabrın 8-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib.

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.
TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin möhkəmlənməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını çatdırıb.
Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş katibə təqdim olunub. Qeyd olunub ki, o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.
Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.