Türkiyənin Milli Qadın Voleybol Komandası son 16 turu oyununa çıxacaq
Türkiyənin A Milli Qadın Voleybol Komandası, Taylandda keçirilən Dünya Çempionatında bu gün (1 sentyabr) son 16 tur mərhələsində mübarizə aparacaq. Fortunamag.az “Evrensel”a istinadən xəbər verir ki, qrupdakı üç oyunu da 3-0 hesabı ilə qazanmış komanda, məğlubedilməz lider olaraq tamamladıqları E qrupundan sonra Sloveniya ilə qarşılaşacaqlar. Bangkokdakı Huamark İdman Sarayında keçiriləcək qarşılaşma oyunu saat 17:30-da başlayacaq.
Fortunamag.az
