• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

20.11.2025
İnkişaf, Xəbərlər
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Share on FacebookShare on Twitter

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən

Fortunamag.az-a verilən məlumata görə, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib, gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Daha sonra MMU-nun Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə general-mayor Arif Həsənov çıxış edərək qonaqları MMU-nun rəhbərliyi adından salamlayıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən general-mayor A.Həsənov bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb. Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələrini diqqətə çatdırıb.

Professor S. Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Tədbirdə MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.