• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunda “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib

24.09.2025
Mədəniyyət, Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunda “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib
Share on FacebookShare on Twitter

Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycan Milli Konservatoriyası ilə birgə “Türk irsi dünya arenasında” adlı dəyirmi masa keçirilib. Fortunamag.az  “AZERTAC”a istinadən xəbər verir ki, tədbir görkəmli türk mədəniyyət xadimlərinin 1925-ci ildə Parisdə keçirilmiş Ümumdünya Müasir Dekorativ və Sənaye Sənəti Sərgisindəki möhtəşəm çıxışının 100 illiyinə həsr olunub.

Qeyd edək ki, həmin sərgi XX əsrin birinci yarısında dekorativ sənətdə “art-deko” üslubuna ad qazandırmaqla yanaşı, türk xalqlarının zəngin mədəniyyətinin dünyada tanınmasına da mühüm töhfə verib. İlk dəfə məhz burada Türk dünyasının nadir mədəni irsi beynəlxalq miqyasda təqdim olunmuş, görkəmli sənətkarların iştirakı ilə 11 konsert proqramı təşkil edilmişdi.

Tədbiri giriş sözü ilə Fondun prezidenti Aktotı Raimkulova açaraq qurumun əsas missiyasını – mədəni irsin qorunub saxlanması, gənc nəslə ötürülməsi, müasir türk dünyagörüşünün formalaşdırılması və ümumi türk şüurunun inkişaf etdirilməsini diqqətə çatdırıb.

“Mədəniyyət və mənəvi dəyərlər xalqlarımızı birləşdirən, qarşılıqlı anlaşmanı möhkəmləndirən və bizi daha işıqlı gələcəyə aparan körpüdür”, – deyə A. Raimkulova qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən maarifləndirici layihələr və birgə təşəbbüslər yalnız ənənələrin qorunmasına deyil, həm də elm, təhsil və yaradıcılıq sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradır.

Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə də çıxışında bu birgə layihənin əhəmiyyətini vurğulayaraq bildirib: “Fond fəaliyyət göstərdiyi illər ərzində Türk dünyasının mədəni əlaqələrinin möhkəmlənməsinə, böyük miqyaslı layihələrin reallaşdırılmasına mühüm töhfələr verib”.

Diskussiyalar zamanı Paris sərgisinin XX əsrdə incəsənətin inkişafına təsiri, bu gün üçün aktuallığı, həmçinin görkəmli ustadların irsinin yaşadılması və gənc ifaçıların dəstəklənməsi məsələləri müzakirə olunub.

Aktotı Raimkulova jurnalistlərə müsahibəsində 2025-ci ilin bütün Türk dünyası üçün xüsusi önəm daşıdığını vurğulayıb:
“Düz yüz il əvvəl, Parisdə keçirilən möhtəşəm sərgidə türk xalqlarının böyük sənətkarları unudulmaz çıxışları ilə tarixə yazıldılar. Əfsanəvi Azərbaycan müğənnisi Şövkət Məmmədova, özbək ifaçısı Kari-Yakubov Muxitdin, parlaq rəqqasə Tamara xanım, qazax müğənnisi Emre Kaşaubayev və Başqırdıstanın kuray ustası Yumabay İsyanbayev səhnədə bir araya gələrək əsl mədəniyyət bayramı yaratmışdılar”.

Fondun rəhbəri əlavə edib ki, bir əsr sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan və Başqırdıstanın musiqişünasları və tədqiqatçıları yenidən bir araya gələrək həmin ənənələrin bu gün də yaşayaraq nəsilləri və bütün Türk dünyasını birləşdirdiyini təsdiqləyirlər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.