Tom Bradi “Flaq Futbol” turnirində iştirak edəcək
Tom Bradi, 2023-cü ildə futbolçu karyerasını bitirsə də, 2026-cı ilin martında Səudiyyə Ərəbistanında keçiriləcək “Fanatics Flag Football Classic” turnirində iştirak edəcək. Fortunamag.az “People”a istinadən xəbər verir ki, turnir 3 komandadan ibarət olacaq və 5-ə 5 formatında, 50 yard sahədə keçiriləcək. Onunla birlikdə Rob Qronkovski, Kristian Kafrey və Saquon Barkley kimi digər məşhur oyunçular da oynayacaq. Matçlar Riyadh Season çərçivəsində olacaq və turnirin televiziyada yayımlanması planlaşdırılır.
Fortunamag.az
