• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan

Tiencində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub

01.09.2025
Azərbaycan, Xəbərlər
Tiencində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Share on FacebookShare on Twitter

Sentyabrın 1-də Çin Xalq Respublikasının Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Görüş zamanı qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub və bu kontekstdə Qətərin maliyyə dəstəyi ilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya çatdırılmasının əhəmiyyəti vurğulanıb. Həmçinin digər ölkələrdə birgə enerji layihələrinin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının önəmi qeyd olunub və Azərbaycanda, o cümlədən Naxçıvan regionunda reallaşdırılan dəmir yolu layihələri haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də müzakirə mövzusu olub və bu sahədə Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.

Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyəti qeyd olunub.

Dövlət başçıları həmçinin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Fortunamag.az
Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.