Tək bir atom daxilində kvant loqika qapısı yaradılıb

Sidney Universitetinin fizikaçıları kvant kompüterlərini daha çox miqyasda işlək vəziyyətə gətirmək üçün mühüm irəliləyiş əldə ediblər. Fortunamag.az ” Scitech daily “a istinadən xəbər verir ki, onlar xüsusi “Rosetta Daşı” adlandırılan GKP kodundan istifadə edərək tək bir ion atomunun harmonik vibrasiyalarını dolaşdırmaqla universal kvant loqika qapısı yaradıb, beləliklə praktik kvant maşınları üçün tələb olunan fiziki kubitlərin sayını kəskin azaldıblar . Bu nailiyyət Natura Fiziks jurnalında dərc olunub və tək atom daxilində iki loqik kubiti saxlamaq və dolaşdırmaq imkanı verib . Alimlərin sözlərinə görə, bu üsul kvant hesablama üçün minimal resurs xərci tələb edən kompakt həll təklif edir və gələcəkdə praktiki kvant kompüterlərinin yaradılmasını sürətləndirə bilər.
Fortunamag.az