Tbilisidə Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunmuş tədbir keçirilib
Tbilisi şəhərində M.Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə klassik musiqi gecəsi təşkil olunub.
Fortunamag.az xəbər verir ki, muzeyin direktor müavini Leyla Əliyeva çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
