• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Tarixdə ilk dəfə planetin doğuluşu görüntüləndi

09.09.2025
Xəbərlər
Tarixdə ilk dəfə planetin doğuluşu görüntüləndi
Share on FacebookShare on Twitter

Alimlər ilk dəfə olaraq Günəş sistemimizdən kənarda böyüyən bir planetin görüntüsünü əldə ediblər. Fortunamag.az “Science daily”a istinadən xəbər verir ki, bu unikal kəşf Cili və Arizonadakı iri teleskopların köməyi ilə aparılıb.

Arizona Universitetinin astronomu Laird Kloz və Niderlandın Leiden Rəsədxanasının doktorantı Rişel van Kapellevenin rəhbərlik etdiyi qrup “MagAO-X” adlı güclü adaptiv optika sistemi vasitəsilə “WISPIT 2b” adlandırılan protoplaneti aşkar edib. Bu gənc planet çoxhalqalı qaz və toz diskinin qaranlıq boşluqlarından birində yerləşir və hidrogen qazının təsiri ilə parlaq şəkildə işıq saçır.

Uzun illərdir astronomlar ulduzların ətrafında planet əmələ gətirən disklərdə halqa-boşluq strukturları müşahidə edirdilər, lakin həmin boşluqlarda birbaşa protoplanet aşkarlamaq mümkün olmamışdı. Klozun sözlərinə görə, bu kəşf “böyük bir hadisədir”, çünki illərdir elm ictimaiyyəti bu qaranlıq halqaların səbəbinin protoplanetlər olub-olmamasını müzakirə edirdi.

Elm adamları hesab edir ki, 4,5 milyard il əvvəl Günəş sistemimiz də eyni prosesdən keçib: toz yığınlara çevrilib, qazları özünə çəkərək ilk planet rüşeymləri əmələ gətirib. Bu gün isə ən müasir teleskoplar həmin sirri yenidən açmaq üçün digər ulduz sistemlərinə baxmağa imkan yaradır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.