• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

TAP-ın ötürücülük qabiliyyəti 1,2 mlrd kubmetr artırıldı

07.01.2026
Xəbərlər
TAP-ın ötürücülük qabiliyyəti 1,2 mlrd kubmetr artırıldı
Share on FacebookShare on Twitter

TAP boru kəməri cari il yanvarın 1-dən etibarən ildə əlavə 1,2 milyard kubmetr qaz nəql etmək gücünə malikdir.

Fortunamag.az xəbər verir ki, bu barədə “AZƏRTAC”a boru kəmərinin operatoru olan TAP AG şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəmərinin genişləndirilməsi layihəsinin bir hissəsi olaraq ilkin mərhələdə Türkiyə ilə Yunanıstan sərhədi yaxınlığındakı Aleksandrupoli ərazisində yerləşən Kipoi Kompressor Stansiyasında işlər uğurla başa çatdırılıb. 2024-cü ilin yanvar ayında başlayan genişləndirmə işləri vaxtından əvvəl – büdcə üzrə, təhlükəsiz və davam edən qaz axınlarına heç bir fasilə vermədən başa çatdırılıb. Bu da güclü planlaşdırmanı və əməliyyat dayanıqlığını əks etdirir. İşlər yeni kompressor qurğusunun (təxminən 15 MVt) quraşdırılması və Kipoi Kompressor Stansiyasındakı mövcud qurğuların təkmilləşdirilməsini əhatə edirdi.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-də TAP ilə kommersiya qaz nəqlinə başlanılıb və ötən 5 il ərzində boru kəməri ilə “köhnə qitəyə” 54 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.