Taleh Kazımov: Ölkədə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub
Yeni qlobal reallıqların formalaşdığı şəraitdə cari ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məsulun real ifadədə 1,3 faiz artımını müşahidə etdik. O cümlədən qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artım qeyd alınıb.
Fortunamag.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
T.Kazımov bildirib ki, qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrində olub. “Mərkəzi Bankın iqtisadi artımla proqnozu nikbindir. 2025-ci ilin sonuna ümumi daxili məhsulun 2,2 faiz olacağı, 2026-cı ilin sonuna isə 2 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz ümumi daxili məhsula gəldikdə isə bu ilin sonunda 3,7 faiz, növbəti ildə isə 4,4 faiz olacağı proqnozlaşdırılır”, – deyə Mərkəzi Bankın sədri əlavə edib.
Fortunamag.az
