• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Tahir Budaqov Vladanka Andreyeva ilə görüşüb

18.12.2025
Xəbərlər
Tahir Budaqov Vladanka Andreyeva ilə görüşüb
Share on FacebookShare on Twitter

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva arasında görüş keçirilib.

Komitədən Fortunamag.az-a bildirilib ki, görüşdə bünövrəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəldilmiş ölkəmizlə BMT arasındakı əməkdaşlıqdan, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasının, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin hazırlanmasının statistikanın inkişafı istiqamətində mühüm addımlardan olduğu, BMT-nin Uşaq Fondunun dəstəyi ilə 2023-cü ildə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu nəticəsində 18 DİM göstəricisi üzrə məlumatların əldə edildiyi bildirilib.

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) müzakirə edilib, milli statistika sistemlərinin gücləndirilməsi, DİM-lərin monitorinqi və hesabatlılığı istiqamətində fikir mübadiləsi aparılıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə fəaliyyəti başa çatan BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreyevaya faydalı əməkdaşlıq üçün təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.