• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

“Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!

15.11.2025
Mədəniyyət, Xəbərlər
“Tağıyev” filmi Mərkəzi Asiyanı fəth edir!
Share on FacebookShare on Twitter

Noyabrın 14-də Daşkənd şəhərinin məşhur “Panoramafilm” kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub.

Fortunamag.az xəbər verir ki, tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin bu ölkələrin kino agentliklərinin rəhbərləri və paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə film haqqında məlumat verilib. Bildirilib ki, ekran işi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Bu, məşhur azərbaycanlı neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla peşəkar aktyor heyəti filmdə rol alıb.

Diqqətə çatdırılıb ki, “Tağıyev” filmləri eyni zamanda kinoteatrların nümayiş göstəricilərinə əsasən reytinq liderliyini qoruyur və artıq bir çox mükafatlara layiq görülüb. Hazırda filmin xarici ölkələrdə, o cümlədən Mərkəzi Asiya respublikalarında yayımı ilə bağlı danışıqlar aparılır.

Sonra film nümayiş etdirilib, tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.