Şuşa Müalicə-Sağlamlıq Mərkəzi yaradılacaq
İşğaldan azad olunmuş ərazilərdə əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması məqsədilə səhiyyə infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Qarabağ regionu üzrə Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, eləcə də Xankəndi poliklinikası daxil olmaqla ümumilikdə 6 tibb müəssisəsində vətəndaşlara ixtisaslı tibbi xidmət göstərilir.
Fortunamag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
