“Surya” adlı yeni süni zəka modeli hazırlanır
NASA və IBM mütəxəssisləri Günəşdə gözlənilən geomaqnit fırtınalarını qabaqcadan proqnozlaşdırmaq üçün “Surya” adlı yeni süni zəka modelini işləyib hazırlayıb. Fortunamag.az “News Room”a istinadən xəbər verir ki, bu açıq mənbə kodlu model NASA-nın kosmik aparatlarındakı son 9 illik günəş müşahidə məlumatları əsasında təlimləndirilib və Günəş partlayışlarını əvvəlcədən 2 saatadək proqnozlaşdırma qabiliyyətinə malikdir. Məlumata görə, Surya modelinin tətbiqi ilə günəş partlayışlarının sinifləndirilmə dəqiqliyi ənənəvi üsullara nisbətən 16% artıb. “Bu, kosmik hava üçün hava proqnozu kimidir”, – IBM-in tədqiqatçısı Juan Bernabe-Moreno bildirib.
Fortunamag.az
