• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib

03.10.2025
Biznes, Xəbərlər
SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib
Share on FacebookShare on Twitter

SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib.

Fortunamag.az “SOCAR”a istinadən xəbər verir ki, iclasda ilk öncə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun, “Uniper SE”nin kommersiya üzrə direktoru Karsten Poppinganın və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın çıxışları dinlənilib. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə çıxış edib.

Çıxışlarda SOCAR ilə “Uniper” şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, birgə həyata keçirilən layihələrin Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Daha sonra SOCAR–Uniper əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar, enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb. İclasda, eyni zamanda kommunikasiya və korporativ sosial məsuliyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.