Sloveniyada Zəfər Günü qeyd olunub
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və qələbə günüdür. Bu tarix, Azərbaycan xalqının əzmkarlığını, birliyini və müstəqilliyini qorumaq uğrunda göstərdiyi iradəni simvolizə edir. Bu gün xalqımızın tarixi ədaləti bərpa etdiyi, milli birliyimizin və dövlətçiliyimizin təntənə ilə qeyd olunduğu gündür.
Fortunamag.az xəbər verir ki, bu il Zəfər Günü Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzində də qeyd olunub. Şəhərin mərkəzində yerləşən rəqəmsal reklam lövhələrində Zəfər Günü ilə bağlı həm sloven, həm də Ingilis dillərində məlumat nümayiş etdirilib.
Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Bu təşəbbüsün məqsədi Azərbaycan xalqının Qələbə ruhunu və sülh, birlik mesajını beynəlxalq ictimaiyyətə çatdırmaq, həmçinin Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə təqdim etməkdir.
Fortunamag.az
