Sisli hava orqanizmə necə təsir göstərir?
Payız və qış aylarında müşahidə olunan sisli havalar rütubətin artması, temperaturun enməsi və hava təzyiqinin dəyişməsi ilə əlaqədar olaraq sağlamlığa mənfi təsir göstərə bilər.
Fortunamag.az xəbər verir ki, xüsusilə tənəffüs sistemi xəstəlikləri olan şəxslərdə nəfəs darlığı və öskürək, ürək-damar problemləri olanlarda isə baş ağrısı və təzyiq yüksəlməsi halları arta bilər.
Sisli hava həmçinin psixoloji vəziyyətə təsir edərək əhvali-ruhiyyənin aşağı düşməsinə və yorğunluğa səbəb olur.
Mütəxəssislər bu cür havalarda açıq hava fəaliyyətlərini azaltmağı, otaqları havalandırmağı və sağlamlıqla bağlı profilaktik qaydalara əməl etməyi tövsiyə edirlər.
