• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

“Simurq” uşaq musiqi festivalının qala-konserti və mükafatlandırma mərasimi olub

12.01.2026
Mədəniyyət, Xəbərlər
“Simurq” uşaq musiqi festivalının qala-konserti və mükafatlandırma mərasimi olub
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqi zalında “Simurq” uşaq musiqi festivalının qala-konserti və mükafatlandırma mərasimi keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, layihənin müəllifi və rəhbəri, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə və Xalq artisti, pianoçu Yeganə Axundova iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, layihə iştirakçıları müxtəlif ölkələrdən olan tanınmış, peşəkar pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak ediblər. Həmçinin gənc ifaçılara peşəkar səhnə davranışına dair təlimlər keçirilib.

Sonra Səidə Tağı-zadə iştirakçılara diplom və sertifikatlar təqdim edib.

İştirakçılardan İnci Hümbətova, Uğur Nəbi, Fəxriyyə İsgəndərova, Xədicə Cahangirova, Pərviz Bağırov, Viktoriya Abbasova, Suada İşıkkent və Fidan İbrahimovaya sertifikatlar təqdim olunub. III dərəcəli mükafatlar İnci Həsənli və İnci Abbasova Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solo konsertlərində, müxtəlif layihələrdə, eləcə də gələcək master-klaslarda iştirak hüququ qazanıblar. II dərəcəli mükafatın sahibi Nuray Şahməmmədli Monteneqroda keçirilən Mira Marçenkonun yay məktəbinə səfər, I yerin sahibi Aydan Nuriyeva isə Parisdə Azərbaycan evində solo konsert proqramı ilə çıxış etmək hüququ qazanıb.

Daha sonra layihənin qalibləri, eləcə də Yevgeniya Epşteyn (İsrail-Xorvatiya) və Səidə Tağı-zadə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.