Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilib
Oktyabrın 4-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalının açılış mərasimi baç tutub.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub. Festivalda 30-dan çox ölkədən məşhur şeflər və kulinariya assosiasiyalarının prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak ediblər.
Fortunamag.az

